Millimizin qapıçısının son vəziyyəti bəlli oldu

Milli komandanın təlim-məşq bazasında zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin son vəziyyəti açıqlanıb.
90plus.az xəbər verir ki, təcrübəli qolkiper ən azı bir həftə yaşıl meydanlardan kənarda qalacaq.
Lakin bu müddətdən sonra da, qapıçının vəziyyəti tam dəqiqləşməyəcək. Həkimlərin verdiyi rəyə əsasən, onun məşqlərə nə vaxt başlaya biləcəyi müəyyən ediləcək.
Qeyd: Zədə üzündən Şahruddin Məhəmmədəliyev millimizin Belarusla qarşılaşmasında iştirak edə bilməmişdi.
© Copyright 2025, All Rights Reserved