Millimizin sabiq üzvü Almaniyada dubl etdi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 26-cı turun qarşılaşmaları keçirilir.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşovun oynadığı Berlin “Dinamo”su səfərdə “Zehlendorf”u 5:3 hesabı ilə məğlub edib. Oyunun 43-cü dəqiqəsinə qədər 1:3 geridə olan Berlin təmsilçisi, sonra 4 qol vuraraq qalib gəlib.
Dadaşov bu qarşılaşmada dubl edib. 3-cü dəqiqədə hesabı açan 33 yaşlı forvard 75-ci dəqiqədə 4-cü qolu vurub. Rüfət bu mövsümdə çempionatda 11 qol vurub. O, Berlin kubokunda isə 4 dəfə rəqibin qapısını sındırıb.
Hal-hazırda “Dinamo” 40 xalla 6-cı sıradadır.
© Copyright 2025, All Rights Reserved