Millimizin sabiq üzvü yenidən xaricə yollanır

Azərbaycan milli komandasının sabiq hücumçusu Mirabdulla Abbasov yenidən legioner həyatı yaşayacaq.
90plus.az xəbər verir ki, 30 yaşlı forvard Qırğızıstanın "Abdış-Ata" klubu ilə müqavilə imzalayıb. "Neftçi"nin keçmiş hücumçusu artıq ictimaiyyətə təqdim olunub.
Qeyd: Mirabdulla Abbasov daha əvvəl Latviya təmsilçisi "Dauqavpils"də çıxış edib. Bundan əlavə, o, "Sumqayıt", "Səbail" və "İrəvan" klublarında da forma geyinib.
© Copyright 2025, All Rights Reserved