Millimizin üzvü 12 dəqiqə oynadı, komandası məğlub oldu

Ukrayna Premyer Liqasının 24-cü turunun qarşılaşmaları baş tutub.
90plus.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Çernomorets” klubu səfərdə “Obolon”la qarşılaşıb.
Oyun meydan sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafayev matçın 78-ci dəqiqəsində oyuna daxil olub.
Hazırda “Çernomorets” 18 xal toplayaraq 16 komanda arasında 15-ci yerdə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved