Millimizin üzvü Belçika klubunun marağında

Milli yığmamızın üzvü Zamiq Əliyevin Belçikaya qayıtmaq ehtimalı yenidən gündəmə gəlib.
90plus.az xəbər verir ki, bu yay maliyyə problemləri səbəbilə “Veres” klubuna transferi baş tutmayan Əliyev indi Belçikadan bir neçə klubun maraq dairəsindədir.
2024/2025 mövsümünün qış fasiləsində onun “Eupen” klubuna keçidi planlaşdırılsa da, viza ilə bağlı yaranan çətinliklər səbəbilə transfer gerçəkləşməmişdi. Hazırda isə Belçikanın yüksək liqasında çıxış edən “Dender” klubu Zamiqi heyətinə qatmağa ciddi maraq göstərir.
Əgər bu ay transfer reallaşmasa, belçikalı təmsilçi onu qış fasiləsində transfer etməyi planlaşdırır.
Qeyd: Zamiq Əliyevin “Eqnatiya” ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved