Millimizin üzvü "Beşiktaş"a yazıldı
“Volendam” klubunda forma geyinən Ozan Can Kökcü futbol karyerasını Türkiyə Super Liqasında davam etdirməyə çox yaxındır.
90plus.az xəbər verir ki, “Beşiktaş” Azərbaycan milli komandasının üzvünü heyətinə qatmaq niyyətindədir. Bu barədə “Hürriyet” nəşri xəbər yayıb.
İstanbul təmsilçisinin skautları Ozan Canın çıxışlarını müsbət qiymətləndirib və “qara qartallar”ın rəhbərliyi 27 yaşlı vingerin transferi istiqamətində addımlar atmağa başlayıb. Keçidin yaxın günlərdə baş tutma ehtimalının yüksək olduğu bildirilir.
Xatırlatma: Ozan Can Kökcü “Beşiktaş”ın kapitanı Orkun Kökcünün böyük qardaşıdır.
© Copyright 2026, All Rights Reserved