Millimizin üzvü “Fənərbağça”da!

Azərbaycan yığmasının üzvü Peritan Bozdağ “Fənərbağça”da!
90plus.az xəbər verir ki, Azərbaycan qadın millisinin yarımmüdafiəçisi Peritan Bozdağ karyerasını Türkiyənin nəhəng klublarından biri olan “Fənərbağça”da davam etdirəcək. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Peritan Bozdağ son olaraq “Fatih Vatan Spor”un formasını geyinirdi. Təcrübəli yarımmüdafiəçi Türkiyədə daha öncə “Konak Belediyespor”, “Hakkarigücü Spor” və “Altay” klublarında da çıxış edib.
Bozdağ 2021-ci ildən Azərbaycan millisində çıxış edir.
© Copyright 2025, All Rights Reserved