Millimizin üzvü "fərqləndi", komandası qələbə qazandı

Cənubi Koreya çempionatında 4-cü turun qarşılaşmaları baş tutub.
90plus.az məlumat verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Daejeon" növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə "Daequ" ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.
Anton da bu matçda iştirak edib. O, start heyətində meydana çıxaraq qarşılaşmanı tam keçirib. 26 yaşlı müdafiəçi 90-cı dəqiqədə sarı vərəqə alıb.
Bu nəticə ilə "Daejeon" 9 xal toplayaraq turnir cədvəlində liderliyə yüksəlib.
© Copyright 2025, All Rights Reserved