Millimizin üzvü Hollandiyada komandasına xal qazandırdı

Niderland futbol çempionatının 2025/2026-cı il mövsümünə start verilib.
90plus.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü çıxış etdiyi "Volendam" komandası səfərdə "Herenven"lə qarşılaşıb. Görüş heç-heçə – 1:1 hesabı ilə başa çatıb.
Ozan Can da oyunda iştirak edib. 26 yaşlı yarımmüdafiəçi yeni komandasında ilk rəsmi matçına əsas heyətdə başlayıb və 72 dəqiqə meydanda olub. O, 65-ci dəqiqədə hesabı bərabərləşdirən qolun müəllifi olub və komandasına bir xal qazandırıb.
© Copyright 2025, All Rights Reserved