Millimizin üzvü karyerasını Belçikada davam etdirə bilər

Azərbaycan yığmasının daha bir üzvü legioner həyatı yaşamağa yaxındır.
90plus.az xəbər verir ki, müdafiəçi Mert Çelikin karyerasını Belçikada davam etdirmək ehtimalı mövcuddur.
Pro Liqada mübarizə aparan “Vesterlo” klubu “Səbail”in futbolçusunu heyətinə qatmaqda maraqlıdır. 24 yaşlı oyunçu ilə artıq ilkin əlaqə də qurulub.
“Vesterlo” rəhbərliyi Merti komandalarında görmək istədiklərini ona bildirib. Əgər danışıqlar müsbət nəticələnsə, müdafiəçi yaxın vaxtlarda Belçikanın yüksək liqa təmsilçisi ilə müqavilə bağlaya bilər.
Qeyd: Mert Çelikin “Səbail”lə olan müqaviləsi mövsümün sonunadək qüvvədədir.
© Copyright 2025, All Rights Reserved