Millimizin üzvü oynadı, komandası 1 xal qazandı
Polşa Çempionatının 24-cü turunda oyunlar baş tutub.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Motor Lublin" komandası "Qórnik Zabrze" ilə qarşılaşıb.
Görüş 0:0 hesabı ilə başa çatıb. Renat Dadaşov matça 73-cü dəqiqədə daxil olub.
24 oyunda 31 xal toplayan "Motor Lublin" hazırda turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved