Millimizin üzvü oynadı, komandası qalib gəldi

Krivotsyukun komandası "Suvon" üzərində qələbə qazandı.
90plus.az xəbər verir ki, Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilir. Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” doğma meydanda “Suvon”la qarşılaşıb.
Gərgin keçən görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
26 yaşlı müdafiəçi Anton Krivotsyuk start heyətində yer alıb və bütün oyun boyu – 90 dəqiqə meydanda mübarizə aparıb.
Bu qələbə sayəsində xallarını 42-yə çatdıran “Daejeon” turnir cədvəlində 2-ci sıraya yüksəlib.
© Copyright 2025, All Rights Reserved