Millimizin üzvü Rusiyada çempion oldu

Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Nigar Mirzəliyeva “Zenit” klubunun heyətində Rusiya Super Kubokunun qalibi olub.
90plus.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi final oyununda Moskva “Lokomotiv”inə 3:0 hesabı ilə qalib gəlib.
Nigar Mirzəliyeva da bu qarşılaşmada meydana çıxıb. 23 yaşlı müdafiəçi start heyətində yer alıb və oyunu tam şəkildə başa vurub.
© Copyright 2025, All Rights Reserved