Millimizin üzvü Türkiyə klubundan ayrıldı

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubundan ayrılıb.
90plus.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında Dadaşovun 2026-cı ilin yayına qədər olan müqaviləsini ləğv ediblər.
Xatırlatma: Futbolçu ötən ay 1-ci liqa təmsilçisinin əsas heyətindən uzaqlaşdırılmışdı.
26 yaşlı hücumçu 2024-cü ilin avqustundan Ankara klubunun heyətində çıxış edirdi. O, bu mövsüm komandada 17 matçda iştirak edib, 2 qol vurub və 1 assist edib.
© Copyright 2025, All Rights Reserved