Millimizin üzvü Türkiyədə ən bahalı futbolçu oldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyə birinci liqasının ən bahalı iki futbolçusundan biridir.
90plus.az xəbər verir ki, liqanın oyunçu transfer dəyərlərinin yanvar ayı yeniləməsindən sonra “Ankaragücü”nün hücumçusu 100.000 avro dəyər itirib və hazırda 1, 6 milyon avro (təxminən 2,8 milyon manat) dəyərində qiymətləndirilir.
Bu göstərici ilə o, klubunun ən bahalı oyunçusudur və ümumilikdə liqada “Fatih Karagümrük”ün forvardı Uesli Moraes ilə liderliyi bölüşür.
Mənbə: apasport.az
© Copyright 2025, All Rights Reserved