Millinin baş məşqçisi müsahibə verəcək
“FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov martın 26-da saat 18:30-da media nümayəndələrinin suallarını cavablandıracaq.
Həmin gün üçün proqram belədir:
Sent Lüsiya millisi
Saat 10:30 – mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
Saat 18:30 – ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
Azərbaycan millisi
Saat 18:30 – mətbuat konfransı (“Dalğa Arena”)
Saat 19:00 – ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)
Qeyd: Azərbaycan – Sent Lüsiya qarşılaşması martın 27-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved