Millinin heyəti açıqlandı!

Azərbaycan millisinin Haiti və Belarusa qarşı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
90plus.az xəbər verir ki, Millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında baş tutan mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
Qapıçılar: Rza Cəfərov ("Neftçi"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")
Müdafiəçilər: Amin Seydiyev ("Sabah"), Mert Çelik ("Səbail"), Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (Hamısı "Qarabağ"), Rahil Məmmədov ("Radomiak, Polşa), Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Rəhman Daşdəmirov ("Sabah")
Yarımmüdafiəçilər: Aleksey İsayev, Toral Bayramov (Hər ikisi "Qarabağ"), Coşqun Diniyev ("Çorum", Türkiyə), Elvin Camalov ("Neftçi"), Şahin Şahniyarov ("Qəbələ"), İsmayıl İbrahimli ("Zirə"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Ozan Can Kökçü (HİK, Finlandiya)
Hücumçular: Nəriman Axundzadə ("Qarabağ"), Xəyal Əliyev ("Sabah"), Renat Dadaşov ("Radomiak", Polşa), Ağadadaş Salyanski ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Musa Qurbanlı ("Qarabağ").
Qeyd: Azərbaycan futbol millisi martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti və martın 25-də “Bank Respublika Arena"da Belarusla qarşılaşacaq.
Santuşun təəssüratları: "Haiti çox yaxşı, keyfiyyətli komandadır. FİFA reytinqində bizdən 30 pillə irəlidədir. Qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif kollektivlə üz-üzə gələrdik. Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Amma indi rəqib seçəndə bunu düşünmürük. Biz indi gələcəyin milli komandasını formalaşdırırıq".
© Copyright 2025, All Rights Reserved