Millinin üzvü PSJ yolunda
İngiltərə yığmasının futbolçusu Con Stounz karyerasını Fransada davam etdirməyə yaxınlaşır.
90plus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi PSJ-nin transfer hədəfləri arasında yer alır.
Fransa təmsilçisi artıq Stounzun meneceri ilə danışıqlara başlamağa hazırlaşır.
2016-cı ildən “Mançester Siti”də çıxış edən futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Stounz daha əvvəl “Barnsli” və “Everton” komandalarının heyətində də oynayıb.
© Copyright 2026, All Rights Reserved