Millətlər Liqasının finalında faciə: Azarkeş həyatını itirdi
Portuqaliya ilə İspaniya arasında keçirilən UEFA Millətlər Liqasının final matçı zamanı acı bir hadisə baş verib.
90plus.az xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki "Allianz Arena" stadionunda oynanılan qarşılaşma zamanı bir azarkeş dünyasını dəyişib.
UEFA tərəfindən yayımlanan rəsmi açıqlamada bildirilir:
“Allianz Arena"da təcili tibbi vəziyyət yaşandı və tibbi heyətin bütün səylərinə baxmayaraq, azarkeşi xilas etmək mümkün olmadı. Bu çətin zamanda fikirlərimiz mərhumun yaxınları ilədir.”
Alman mətbuatında yer alan xəbərlərə görə, 34 yaşlı rumıniyalı azarkeş əlavə vaxtın ilk hissəsində tribunaların ikinci qatından təxminən 8 metr hündürlükdən media tribunalarına yıxılıb.
Təcili tibbi yardım göstərilsə də, azarkeş matçın son fitindən qısa müddət sonra həyatını itirib. Hadisə stadiondakı azarkeşlər və futbolçular arasında dərin kədər və həyəcan yaradıb.
© Copyright 2026, All Rights Reserved