Mirça Luçesku vəfat etdi
Bir vaxtlar Türkiyə millisində, eləcə də "Beşiktaş" və "Qalatasaray" klublarında baş məşqçi kimi çalışan rumıniyalı mütəxəssis Mirça Luçesku 80 yaşında vəfat edib.
90plus.az xəbər verir ki, Buxarest Universitetinin Təcili Xəstəxanası tərəfindən yayılan rəsmi məlumata görə, təcrübəli çalışdırıcı 7 aprel 2026-cı il tarixində saat 20:30 radələrində dünyasını dəyişib.
Xəstəxananın yaydığı açıqlamada bildirilib: “Bütün rumın nəsilləri onun obrazını milli simvol kimi qəlblərində daşıyaraq böyüyüb. Allah rəhmət eləsin!”
Mirça Luçeskunun vəfatı Rumıniyada başda olmaqla dünya futbol ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.
© Copyright 2026, All Rights Reserved