MLS: Axundzadənin komandasından heç-heçə
“Kolambus Kryu” “Orlando Siti” ilə heç-heçə etdi – Nəriman Axundzadə ehtiyatda qaldı.
90plus.az xəbər verir ki, MLS-in Şərq Konfransında 7-ci turun oyununda Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” doğma meydanda “Orlando Siti” ilə qarşılaşıb.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün iştirak ərizəsində yer alan Nəriman Axundzadə meydana daxil olmayıb.
Bu nəticədən sonra “Kolambus Kryu” 6 xalla Şərq Konfransında 11-ci pillədə qərarlaşıb. “Orlando Siti” isə 4 xalla 13-cü sırada yer alır.
© Copyright 2026, All Rights Reserved