MLS: Nəriman Axundzadə debütdə ehtiyatda qaldı
Nəriman Axundzadə “Kolambus Kru” ilə MLS-də debüt matçında ehtiyatda qaldı.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə ABŞ MLS-li yeni komandası “Kolambus Kru” ilə növbəti matçda iştirak edib.
4-cü turun səfər oyununda “Kolambus Kru” “Neşvill” ilə qarşılaşıb və rəqib 1:0 hesabı ilə qələbə qazanıb. Martın 9-da komandaya qoşulan Nəriman matçın iştirak ərizəsinə daxil edilsə də, bütün görüşü ehtiyat skamyada keçirib və meydana çıxmayıb.
ℹ️ Hal-hazırda MLS cədvəlində “Neşvill” 10 xalla 2-ci yerdə qərarlaşıb, “Kolambus Kru” isə 2 xalla 13-cü pillədədir. Nərimanın gələcək oyunlarda əsas heyətə qoşulacağı gözlənilir və azarkeşlər onun debütünü səbirsizliklə gözləyir.
© Copyright 2026, All Rights Reserved