Mo Salah ehtiyatda qaldı, şok açıqlamalar verdi
Arne Slot üçün növbəti sensasiya yaşanır. “Liverpul” növbəti dəfə xal itkisi ilə üz-üzə qaldı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 15-ci turunda son 12 oyunda 9 məğlubiyyətlə zəif seriya yaşayan Arne Slotun komandası ardıcıl üçüncü matçdır uduzmur, amma bu dəfə də qələbəni əldən verdilər. Buna baxmayaraq, Mohamed Salah bir daha ehtiyatda qaldı.
Oyundan sonra klub əfsanəsi Salah jurnalistlərə şok açıqlama verərək, “Liverpul” tərəfindən qurban verildiyini və baş məşqçi Slotla münasibətlərinin korlandığını söylədi.
Bu cür gözlənilməz etirafdan sonra onun həm baş məşqçi ilə, həm klubla münasibətlərinin düzələcəyi sual altındadır.
Bu heç-heçə “Lids”i Premyer Liqada 16-cı yerə yüksəldir və komanda 18-ci sıradakı “Vest Hem”dən üç xal öndədir. “Liverpul” isə hazırda səkkizinci yerdə qərarlaşıb:
Lids 3 - 3 Liverpul
Hugo Ekitike 48', 50'
Dominic Calvert-Lewin 73' (P)
A. Stach 75'
Dominik Szoboszlai 80'
A. Tanaka 90+6'
Qollar:
https://t.me/doxsanplus/111911
https://t.me/doxsanplus/111915
https://t.me/doxsanplus/111917
https://t.me/doxsanplus/111921
ƏLAVƏ: "Bild" nəşri artıq ”Liverpul”un Mohamed Salaha əvəzedici tapmaq üçün hazırlıq gördüyünü və hazırda 4 oyunçunu qısa siyahısına daxil etdiyini yazır:
🔸 Michael Olise (Bayern Münhen)
🔸 Rodrygo (Real Madrid)
🔸 Kenan Yıldız (Yuventus)
🔸 Iliman Ndiaye (Everton)
Bu dörd transferdən hər biri müxtəlif səbəblərə görə çətinlik yarada bilər, amma “Liverpul” komandaya dünya səviyyəli hücumçu qatmaq istəyir.
© Copyright 2025, All Rights Reserved