Mo Salah Premyer Liqanın ən yaxşısı kimi sevincini bölüşdü

Mohamed Salah tarix yazdı — “Premyer Liqanın İlin Futbolçusu” mükafatını üçüncü dəfə qazanan ilk oyunçu oldu:
2017/18; 2021/22 və 2024/25.
90plus.az xəbər verir ki, misirli dünya ulduzu artıq reaksiyasını bölüşüb.
Geridə qalan mövsümdə 29 qol və 18 qol ötürməsi ilə parlaq çıxış edən Salah bir daha PFA İlin Futbolçusu kubokunu qaldırıb.
Bu mükafat misirli hücumçuya böyük sevinc gətirib:
“Bu çox xüsusi mükafatdır və böyük bir kubokla yanaşı qazanıldıqda tamamilə başqa məna daşıyır. Çempion olmaq əsas hədəfdir və biz bu mövsüm də həmin statusu qorumaq uğrunda mübarizə aparacağıq. Mənə səs verən futbolçulara son dərəcə minnətdaram”, – deyə Salah X sosial platformasında yazıb.
“Ötən mövsüm “Liverpul”dakı ən yaxşı mövsümüm idi. Bəlkə də bütün karyeramın ən yaxşı mövsümü idi”.
Ümumi statistika: 52 oyun ➖ 34 qol ➖ 23 assist;
Premyer Liqa: 38 oyun ➖ 29 qol ➖ 18 assist.
© Copyright 2025, All Rights Reserved