Modriç ilk oyununda rekord qırdı

Luka Modriç A Seriyası tarixində ən yaşlı debütant oldu.
90plus.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi İtaliya A Seriyasının I turunda keçirilən və hazırda davam edən "Milan" – “Kremoneze” (1:2, ikinci hissə) qarşılaşmasında start heyətində meydana çıxaraq debüt edib.
Modriç debütünü 39 yaş 11 ay 14 günlük olarkən gerçəkləşdirərək A Seriyası tarixində ən yaşlı debütant kimi tarixə düşüb.
Qeyd: Təcrübəli futbolçu bu yay “Real Madrid”lə müqaviləsinin sona çatmasından sonra “Milan”a transfer olunub.
© Copyright 2025, All Rights Reserved