Modriç Viniyə: “Cəhənnəm ol!”
Ötən gecə "Leqanes 2-3 Real Madrid" oyununda Luka Modriç komanda yoldaşı Vinisius Juniora yaxınlaşaraq, ona etirazını bildirib.
90plus.az xəbər verir ki, oyunun bitməsinə 5 dəqiqə qalmış “Leqanes” futbolçuları topu ələ keçirir və əks-hücuma gedir, nəticədə küncdən zərbə qazanırlar. Luka Modriç isə Vinisiusa tərəf gedərək ondan geriyə qayıtmasını və komandaya müdafiədə kömək etməsini tələb edir.
Luka bu epizoda qədər oyun ərzində iki dəfə ona yaxınlaşaraq eyni etirazı bildirib, lakin hər ikisində Vinisius ona məhəl qoymayıb. Sonra yenə eyni hal yaşanıb və Luka ondan üçüncü dəfə eyni şeyi tələb edib. Vini isə jest ilə - "Məndən nə istəyirsən?" deyə qışqırıb. Luka Modriç isə əsəbiləşərək "Cəhənnəm ol" deyə qarşılıq verib.
Hətta bəzi epizodlar TV yayımında göstərilməsə belə, Vini oyun bitən kimi dərhal meydandan uzaqlaşıb və komanda yoldaşları ilə qələbəni qeyd etməyib.
VİDEO: https://t.me/doxsanplus/97476
Mənbə: Cadena SER
Daha sonra Karlo Ançelotti bu məsələ barədə belə deyib:
”Luka Modriç komanda yoldaşı Vinisius Juniora əsəbiləşmişdi? Nə baş verdiyini bilmirəm, amma, əgər Luka Modriç bir şeyi deyirsə, demək ki, haqlıdır və boşuna danışmır. Hər zaman Luka ilə razılaşıram”.
Jurnalist : “Vinísius ilə niyə mübahisə etdiniz ?”
Luka Modriç: "Vini ilə mübahisə ? Bunlar futbolda baş verən şeylərdir. Görməməli olduğun hər şeyi görürsən".
© Copyright 2026, All Rights Reserved