Mohamed Salah bu gecə meydana çıxacaq
Arne Slot-Mohamed Salah cəbhəsində vəziyyət yumşalıb.
90plus.az xəbər verir ki, “Liverpul”un baş məşqçisi Arne Slot "Brayton"la bu gecə baş tutacaq oyindan öncə keçirilən mətbuat konfransında belə deyib:
“Bu Mo Salah vəziyyətindən qətiyyən zövq almıram. Biz liqanı birlikdə qazandıq və o, klub üçün çox şey edib”.
Niderlandlı mütəxəssis qeyd edib ki, ideal halda məşqçi ilə oyunçu arasında belə bir durumun yaranmasını istəməzdi:
“İdeal olaraq, oyunçunla belə bir vəziyyətdə olmaq istəməzsən”.
Slot vurğulayıb ki, şəxsi hisslərdən asılı olmayaraq, əsas məqsəd komanda üçün ən doğru qərarı verməkdir:
“Bu Mo Salah vəziyyətindən uzaqdan-uzağa zövq almıram… amma mənim fikrimcə, klub və komanda üçün ən yaxşı olanı edərək start heyətini qurmalıyam”.
Qeyd: Mo Salah baş məşqçi ilə aparılan danışıqlardan sonra “Brayton”la oyun üçün heyətə daxil edilib.
© Copyright 2025, All Rights Reserved