"Monako" Ansu Fatini elan etdi

Fransa Liqa 1 komandalarından "Monako" 22 yaşlı ispan sol cinah oyunçusu Ansu Fatiyi icarə əsasında heyətinə qatıb. Transfer rəsmi şəkildə açıqlanıb.
90plus.az xəbər verir ki, klubun yaydığı bəyanatda bildirilir ki, "Monako" 2025-2026 mövsümü üçün "Barselona"dan Ansu Fatini satın alma seçimi ilə icarəyə götürməkdən məmnundur.
Ansu Fati gənc futbolçu kimi böyük potensiala malikdir. O, hələ 16 yaşında, 25 avqust 2019-cu ildə "Barselona"da ilk peşəkar oyununa çıxıb. UEFA Çempionlar Liqasının 10 dekabr 2019-cu il tarixində "İnter"ə qarşı qol vuraraq, 17 yaş və 40 günlük yaşla turnir tarixində qol vuran ən gənc futbolçu kimi yadda qalıb.
İspaniya milli komandasında da 10 oyuna çıxan Ansu Fati 2 qol vurub. O, bundan əvvəl İngiltərə Premyer Liqasından "Brayton"da da icarə ilə forma geymişdi.
© Copyright 2025, All Rights Reserved