"Monako"da yeni baş məşqçi təyinatı

"Monako" klubu yeni baş məşqçisinin təyinatını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, komandanın sükanı arxasına Sebastyan Pokonyoli keçib. O, bu postda Adi Hütteri əvəz edib və 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.
Pokonyoli 2024-cü ildən etibarən “Union” klubuna rəhbərlik edib. Onun başçılığı ilə komanda Belçika çempionu titulunu qazanıb və ölkə Superkubokunu əldə edib.
Hazırda “Monako” Fransa Liqa 1-də 7 turun ardından 13 xalla turnir cədvəlində beşinci pillədə yer alır.
© Copyright 2025, All Rights Reserved