Morata “Qalatasaray”dan “Komo”ya gedir

Alvaro Morata “Komo”ya keçir – transfer tamamlanmaq üzrədir!
90plus.az xəbər verir ki, İtaliya A Seriyasında debütə hazırlaşan “Komo” növbəti möhtəşəm transferini reallaşdırır. Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, ispan hücumçu Alvaro Morata “Qalatasaray”ı tərk edərək “Komo” klubuna keçməyə hazırlaşır.
Transferin rəsmi elan olunması Viktor Osimhenin “Qalatasaray”a keçidinin rəsmiləşməsini gözləyir. Bu proses başa çatan kimi, Moratanın yeni klubuna qoşulacağı gözlənilir.
Məlumata görə, 31 yaşlı futbolçu artıq bir aydır “Komo” klubunu gözləyir və razılaşmanın sənədləşmə mərhələsi demək olar ki, tamamlanıb.
Beləliklə, Morata üçün A Seriyada yeni bir başlanğıc yaxınlaşır.
Qeyd: O, əvvəllər “Yuventus”da iki fərqli dövrdə çıxış edib və İtaliya futboluna yaxşı bələddir.
© Copyright 2025, All Rights Reserved