Morattinin ən məyusedici transferi Pirlo olub

İki gündən sonra 80 illik yubileyini qeyd edəcək “Inter”in əfsanəvi prezidenti Massimo Moratti ötən günləri xatırlayıb.
90plus.az xəbər verir ki, Moratyi gözlədiyi adgünü hədiyyəsindən danışıb.
”80 illiyimə hansı hədiyyəni gözləyirəm? “Inter”in Seriya A-nın qalibi olmasını istəyərdim, amma Çempionlar Liqasını qazansalar, şikayətlənməyəcəyəm. 2010-cu ildə "trebl" edən komandam ilə qürur duyuram. Həmçinin 1998-ci ildə İtaliya çempionluğu oğurlanan “Inter”im ilə də.
İtaliyada bizim əsl rəqibimiz həmişə “Milan” deyil, “Yuventus” olub.
Ən çox fəxr etdiyim transfer? Andrea Pirlo. Ən çox məyus olduğum transfer? Yenə də Pirlo... Ona “Milan”a keçməyə imkan verməməli idim".
📰: Football Italia
© Copyright 2025, All Rights Reserved