Mourinyo azad agentdir, yerinə 2 namizəd var
“Benfika” Mourinyonun əvəzləyicisini seçir – namizədlər Silva və Amorimdir.
90plus.az xəbər verir ki, Portuqaliyanın “Benfika” klubu baş məşqçi postu üçün iki əsas namizəd arasında seçim etməyə hazırlaşır.
“Sky Sports”un məlumatına görə, klub rəhbərliyi hazırda Marku Silva və Ruben Amorim variantlarını dəyərləndirir. Hər iki mütəxəssis Joze Mourinyonun mümkün gedişindən sonra əsas favorit hesab olunur.
Hazırda Marku Silva “Fulhem”də uğurlu işi ilə diqqət çəkir. Onun İngiltərə Premyer Liqasının bir neçə klubunun maraq dairəsində olduğu bildirilir. Təcrübəli məşqçinin London təmsilçisi ilə müqaviləsi isə gələn ay başa çatacaq.
Digər namizəd Ruben Amorim isə bu ilin əvvəlində “Mançester Yunayted”dən ayrıldıqdan sonra işsizdir. Buna baxmayaraq, 40 yaşlı çalışdırıcı hələ də Avropanın perspektivli məşqçilərindən biri hesab olunur.
Eyni zamanda, mənbənin yaydığı digər xəbərə görə, Real Madrid Joze Mourinyonun “Benfika” ilə müqaviləsində yer alan 3 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib.
Bununla da portuqaliyalı mütəxəssis Madrid klubuna keçidini rəsmiləşdirmək və müqavilə imzalamaq üçün azad agent statusu qazanıb.
© Copyright 2026, All Rights Reserved