Mourinyo: “Mən açıqlamalarımla yox, titullarımla məşhuram”
"Benfika"nın baş məşqçisi Joze Mourinyo: “Mən açıqlamalarımla yox, titullarım ilə məşhuram”.
90plus.az xəbər verir ki, "Benfika"nın baş məşqçisi Joze Mourinyo hesab edir ki, onu açıqlamaları ilə yox, qazandığı titullarla tanıyırlar.
"Farense"ə qarşı Portuqaliya Kuboku matçı öncəsi keçirilən mətbuat konfransında jurnalistlərdən biri Mourinyodan soruşub ki, "onun ictimai açıqlamaları strategiyasının bir hissəsidir, yoxsa psixoloji gedişdir?"
Mourinyo cavabında deyib: “Bağışlayın, amma məncə məni məşhur edən titullarım olub, ara-sıra dediyim boş sözlər deyil.”
Portuqaliyalı mütəxəssis karyerası ərzində 25-dən çox əsas titul qazanıb və hələ də Avropa futbolunun ən titullu baş məşqçilərindən biri hesab olunur.
ℹ️ Joze Mourinyonun “Benfika”sı 7 oyundur məğlub olmur!
© Copyright 2025, All Rights Reserved