Mourinyo: "Portuqaliya Ronaldosuz adidir"
Portuqaliya millisi bazar günü keçirilən yoldaşlıq oyununda qolsuz heç-heçə edib. Bu nəticə “Benfika”nın portuqal baş məşqçisi Joze Mourinyonun narazılığına səbəb olub.
90plus.az xəbər verir ki, ekspert kimi çıxış edən Mourinyo bildirib ki, kapitan Kriştiano Ronaldo olmadan Portuqaliya əvvəlki kimi görünmür.
“Kriştiano Ronaldonu komandadan çıxarın, Portuqaliya adi, sıradan bir komandaya çevrilir,” – deyə o qeyd edib.
“İnsanlar bizdən daim onu milliyə çağırmamağı xahiş edirlər... Baxın, Ronaldo Meksikaya qarşı oynamadı və nəticəni gördünüz!”
“Rəqib üçün heç bir təhlükə, heç bir qorxu yox idi. Sadəcə, Meksikanın təzyiqi altında qalan bir komanda gördük,” – deyə Mourinyo əlavə edib.
Qeyd: Ronaldo hazırda zədəlidir və dünya çempionatına qədər sağalacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved