Mourinyo: “Rəqib 5 müdafiəçi ilə istəyinə nail oldu”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının seçmə mərhələsində keçirilən oyundan sonra “Benfika”nın taktikasına münasibət bildirib.
90plus.az xəbər verir ki, İstanbulda baş tutan qarşılaşmada “Fənərbağça” ilə “Benfika” 0:0 hesablı heç-heçə oynayıb. 71-ci dəqiqədə Portuqaliya təmsilçisi meydanda bir nəfər az qalıb.
Mourinyo matçdan sonra deyib:
“Onları tənqid etmək olmaz. “Benfika” necə oynadısa, elə də oynamalı idi. Bu, bizə hörmət etdiklərini göstərir.
Onların daha böyük potensialı və ustalığı var. Onlar gördülər ki, biz “Feyenoord”a qarşı necə oynamışdıq.
Rəqib beş müdafiəçi ilə oynayaraq strateji baxımdan istədiyi nəticəni əldə etdi.
Bu, onlar üçün yaxşı nəticədir. Heç bir tənqid ola bilməz. Mənim özüm də vaxtilə “Barselona”ya qarşı 10 müdafiəçi ilə çıxış etmişdim”.
Qeyd: Mourinyo əvvəllər “Real Madrid”i də çalışdırıb.
© Copyright 2025, All Rights Reserved