Mourinyo rəsmən "Benfika"da

“Benfika” Joze Mourinhonun baş məşqçi təyinatını rəsmən açıqladı.
90plus.az xəbər verir ki, “Benfika” klubu texniki direktor vəzifəsinə Joze Mourinyonun gətirildiyini rəsmi şəkildə açıqlayıb. Portuqaliyalı məşqçi ilk açıqlamasında, “Dünyanın ən böyük klublarından birinin baş məşqçisiyəm. Bu vəzifəyə tam fokuslanmaq istəyirəm, çətinliklərə yox. 25 il keçib, amma karyeramı qeyd etmək üçün burada deyiləm. Dünyanın ən böyük klublarında çalışma fürsəti qazandığım 25 il oldu. “Benfika” üçün, vəzifəm üçün yaşayacağam. Bu çox böyük bir şərəfdir,” – deyə bildirib.
Çempionlar Liqasındakı “Qarabağ”a məğlubiyyətdən sonra Bruno Laje ilə yollarını ayıran “Benfika” Mourinyonun iki illik müqavilə ilə komandaya qoşulduğunu açıqlayıb. Açıqlamada bu mövsümün son matçından sonra 10 gün ərzində müqaviləni ləğv etmək hüququnun olduğu qeyd olunub.
Joze Mourinyo mətbuat konfransında bunları söyləyib:
“Çoxlu duyğular var, amma təcrübəm onları idarə etməyə kömək edir. Bütün bu hissləri bir kənara qoyub “Benfika”ya çox sadə şəkildə baxmalıyam. Dünyanın ən böyük klublarından birinin baş məşqçisiyəm və bu işə fokuslanmaq istəyirəm. 25 il keçdi, amma karyeramı qeyd etmək üçün deyiləm. “Benfika” üçün yaşayacağam. Bu, böyük bir şərəfdir.”
Mourinyo əlavə edib:
“Mən vacib deyiləm, vacib olan “Benfika” azarkeşləridir. Mən xidmət etmək və “Benfika”nın qalib gəlməsini təmin etmək üçün buradayam. “Benfika”nın DNA-sında qələbə var. Mən bu mədəniyyətlə, profilə və futbolu sevən insanlarla güclü şəkildə özümü əlaqələndirirəm. İnsanlar qələbə istəyir, amma eyni zamanda zəhmətin, mentalitetin və fədakarlığın bir hissəsi olmaq istəyirlər.”
Portuqaliyalı məşqçi, “Fənərbağça”da çalışdığı dönəmlə bağlı da fikirlərini bölüşüb:
““Benfika”nın soyunma otağında şampiyonluq potensialı var və bunu gizlətmirəm. Bu bir söz deyil, inamdır – bunu bacaracağımıza və bacarmalı olduğumuza dair inam. Karyeram zəngindir, müxtəlif ölkələrdə çalışmışam, səhv qərarlar vermişəm, amma peşman deyiləm. “Fenerbahçə”yə getmək səhv idi, amma son ana qədər əlimdən gələni etdim. İndi isə “Benfika” ilə səviyyəmə qayıdıram.”
Mourinyo əlavə edib ki, “Fənərbağça”da dördlü müdafiə oynamaq istəyirdi, amma klub onun getdikdən sonra beş oyunçu transfer edib və orada bu mümkün olmayıb. O, həmçinin “Benfika”nın heyətini yüksək qiymətləndirib və klubun transfer bazarında uğurlu iş gördüyünü vurğulayıb.
Joze Mourinyo ilk baş məşqçi olaraq 23 sentyabr 2000-ci ildə “Benfika” ilə “Boavista” qarşısında debüt etmişdi. 25 il sonra karyerasının başladığı komandaya geri dönüb. Portuqaliyalı mütəxəssis 5 il sonra yenidən Çempionlar Liqasında da mübarizəyə başlayacaq. O, 30 sentyabrda “Stemford Bric” stadionunda keçmiş komandası “Çelsi”yə qarşı oyun keçirəcək.