Mourinyo Türkiyə futbolunun “qara üzü”nü danışdı
"Fənərbağça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo "Sky Sports"a Türkiyə futbolu haqda inanılmaz açıqlamalar verib.
90plus.az xəbər verir ki, Mourinyo yerli hakimlərin "Qalatasaray"a dəstək verdiyini, "Fənərbağça"ya və bütün klublara haqsızlıq olduğunu açıq söyləyib:
"Normal şərtlərdə biz birinci yer üçün mübarizə aparan ikinci komanda olmazdıq. Biz çempionluq yarışında böyük fərqlə qalib gələrdik.
"Türkiyədə baş verənlərin idman rəqabətinə heç bir aidiyyatı yoxdur. İnsanların təsəvvür edə biləcəyindən daha böyük hadisələr baş verir. Əgər burada yaşasanız və dərinə getsəniz, inanılmaz şeylər araşdırıb-taparsınız".
"Təsəvvür edə bilərsinizmi ki, İngiltərədə bir komanda hakimin "Qalatasaray"a çox rəğbət bəslədiyi üçün matçı yarımçıq tərk etsin?! Amma daha gülməlisi o idi ki, "Qalatasaray"lı futbolçular meydanda qalıb qələbəni qeyd edirdilər. Burada baş verən budur".
"Özümü düşünmürəm, artıq 8 çempionluğum var. Təbii ki, 9 olmasına üstünlük verərdim, amma 35 milyon "Fənərbağça" azarkeşini düşünürəm, onlar üçün çalışıram. Neçə illərdir, "Fənərbağça"nın niyə çempion olmadığını soruşuram".
Qeyd: Türkiyə Super Liqasının turnir cədvəlində "Qalatasaray" 68 xalla lider, "Fənərbağça" 61 xalla 2-ci yerdə gedir...
© Copyright 2026, All Rights Reserved