Mourinyodan qələbə şərhi: "Qapıçıya mən demişdim"
Joze Mourinyo "Real Madrid"lə oyundan sonra danışdı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu turunda "Benfika" "Real Madrid"i məğlub edərək növbəti mərhələyə yüksəlib. Ev sahiblərinin baş məşqçisi Joze Mourinyo danışdı:
“Antonio Silva və Franju İvanoviçi oyuna buraxanda 3:2-nin kifayət edib-etmədiyi barədə heç bir məlumatım yox idi, mənə heç bir işarə verilməmişdi. Onlar meydana daxil olanda məqsəd üstünlüyü qorumaq idi.
Sonradan başa düşdük ki, bu hesab yetərli deyil və ‘Real Madrid’ bir nəfər azlıqda idi. Bu zaman Niku ön xəttə göndərdim, amma artıq dəyişiklik etmək imkanım yox idi. Cərimə epizodu baş verəndə isə Trubina irəli çıxmağı tapşırdım, Dalya isə dedim ki, orta xəttdə qalsın, 11 nəfərlə hamılıqla irəli getməsin.
Qələbə hər zaman vacibdir. Bu ‘Estadio da Luş’da tarixi bir gecədir!”
© Copyright 2026, All Rights Reserved