Mourinyodan zarafat: "Trubin daha hücumda oynamayacaq"
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində “Real Madrid”ə qarşı keçiriləcək oyun öncəsi gözləntilərini bölüşüb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmanın son dərəcə çətin keçəcəyini vurğulayıb:
“Şübhəsiz ki, çox çətin oyun olacaq. Bu, pley-offun yalnız ilk matçıdır. Trubin ‘Eştadiu da Luz’da hücumda oynamayacaq. Mən bu cür qarşılaşmalara öyrəşmişəm, bütün həyatım boyu belə oyunlarda olmuşam.
İnsanlar tez-tez düşünür ki, hansısa səbəbdən ilk oyunda mütləq müəyyən nəticə qazanmalısan. Mən isə deyirəm ki, yekun nəticə hələ yoxdur.
İlk matçı soyuqqanlılıq, ambisiya və inamla oynayacağıq. Çempionlar Liqasının krallarına qarşı nə etdiyimizi bilirik... Onlar yaralıdır. Yaralı kral isə təhlükəlidir.”
Tərəflər arasında ilk görüş Lissabondakı “Eştadiu da Luz” stadionunda baş tutacaq. Cavab oyunu isə Madrid təmsilçisinin meydanında keçiriləcək.
Mütəxəssislər bu cütün Çempionlar Liqasının ən gərgin pley-off qarşılaşmalarından biri olacağını proqnozlaşdırırlar.
© Copyright 2026, All Rights Reserved