Mərakeş açılış oyununda rahat qazandı
Afrika Millətlər Kubokunun açılışında möhtəşəm qol: Ayub Əl Kaabi gecəyə damğa vurdu.
90plus.az xəbər verir ki, 2025 Afrika Millətlər Kubokunun açılış matçında turnirin ev sahibi Mərakeş yığması Komor adalarını 2:0 hesabı ilə məğlub edib. Rabat şəhərində, Şahzadə Moulay Abdellah stadionunda keçirilən qarşılaşmada gecənin ən çox danışılan anı Ayub Əl Kaabinin vurduğu möhtəşəm velo zərbə qolu olub.
Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Hesab 55-ci dəqiqədə Brahim Diasın qolu ilə açılıb. 74-cü dəqiqədə isə bir vaxtlar Türkiyə Super Liqasında “Hatayspor”un formasını geyinmiş Ayub Əl Kaabi akrobatik zərbə ilə fərqlənərək oyuna son nöqtəni qoyub.
Qeyd edək ki, Mərakeş millisinin hücumçusu Soufyan Rahimi görüşün 11-ci dəqiqəsində penalti zərbəsindən yararlana bilməyib.
Bu qələbə sayəsində Mərakeş A qrupunda 3 xalla liderliyə yüksəlib.
© Copyright 2026, All Rights Reserved