Mərakeş futbolçuları Seneqalın paylaşımını bəyəndilər
Mərakeş millisində qalmaqal – futbolçular Seneqalın paylaşımını bəyəndilər.
90plus.az xəbər verir ki, Afrika futbolunda qalmaqal yaşanır. Bir neçə mərakeşli futbolçunun sosial şəbəkədə etdiyi hərəkət ölkədə narazılığa səbəb olub.
Mərakeşli futbolçular – Saibari, Ben Seghir, Chadi Riad, El Mourabet, Yassine Kechta və Oussama Targhalline – dünən “Stade de France” stadionunda Afrika Kubokunu qazandıqlarını qeyd edən seneqallıların Instagram paylaşımlarını bəyəniblər. Bu addım Mərakeş azarkeşləri tərəfindən ciddi tənqid olunub.
Xüsusilə Yassine Kechta daha da irəli gedərək həmin paylaşımlardan birini öz hesabında yenidən paylaşıb. Bu isə qalmaqalı daha da böyüdüb.
Bu hadisə fonunda bir neçə gün əvvəl Mərakeş millisinin liderlərindən biri olan Aşraf Hakimi açıqlama vermişdi. O bildirmişdi ki, Afrika Kubokunu ədalətsiz şəkildə almaq istəmir və komanda yoldaşlarının da eyni mövqedə olması lazımdır.
Mərakeşli futbolçuların Seneqalın paylaşımlarını bəyənməsi isə sosial şəbəkələrdə belə şərh olunur: futbolçular Afrika Kubokunun CAF tərəfindən e-mail və ya qərar yolu ilə verilməsini istəmirlər və kubokun meydanda qazanılmasının tərəfdarıdırlar.
Mövzu ilə bağlı Afrika Futbol Konfederasiyasının rəsmi mövqeyi hələ açıqlanmayıb.
© Copyright 2026, All Rights Reserved