Məşhur boksçu Entoni Coşua evə buraxıldı
Məşhur boksçu Entoni Coşua avtomobil qəzasından sonra evə buraxıldı.
90plus.az xəbər verir ki, ağır çəkidə WBA, WBO və IBF çempionu Entoni Coşua Nigeriyada baş verən avtomobil qəzasından sonra xəstəxanadan evə buraxılıb. Məlumatı Daily Mail yayıb.
Hadisə bazar ertəsi Laqos-İbadan sürətli yolunda qeydə alınıb. Coşuanın içərisində olduğu “Lexus” yük maşını ilə toqquşub. İlkin məlumatlara görə, qəzanın əsas səbəbi sürət həddinin aşılması və təkərin partlaması olub. Avtomobildə Coşua və sürücüdən başqa iki nəfər də olub; təəssüf ki, keçmiş çempionun dostları hadisə yerində vəfat ediblər.
Entoni Coşua gecə saatlarında xəstəxanadan buraxılıb. Həkimlər onun müalicəsini evdə davam etdirə biləcəyini açıqlayıblar.
Nigeriyanın Laqos və Oqun əyalət rəhbərləri bildiriblər ki, Coşua iki yaxın dostunu itirdikdən sonra depressiyaya düşüb.
© Copyright 2026, All Rights Reserved