Məşhur futbolçu istismarda ittiham olundu

90plus.az xəbər verir ki, yay transfer dönəmində “Arsenal” klubundan ayrılaraq “Vilyarreal”a keçən Tomas Parteyə qarşı cinsi istismar iddiaları irəli sürülüb.
Dünya şöhrətli qanalı futbolçu “Arsenal”da çıxış etdiyi 2021–2022-ci illər arasında baş verdiyi iddia olunan hadisələrlə bağlı olaraq, iki qadına qarşı beş təcavüz və üçüncü bir qadına qarşı cinsi hücumda ittiham olunur.
İspaniya təmsilçisi “Vilyarreal”ın formasında Çempionlar Liqasında baş tutan və 1:0 hesabı ilə məğlub olduqları oyundan sonra Partey səhər saatlarında Londondakı "Soutuark Kroun Kourt"a gələrək müdafiəsini təqdim edib.
Futbolçu irəli sürülən altı ittihamın hamısını rədd edib və özünü təqsirsiz elan edib. O, 5 avqust tarixində Vestminster Sülh Məhkəməsində hakim qarşısına çıxıb və məhkəmə tərəfindən zaminə buraxılıb.
Zaminlik şərtlərinə əsasən Partey zərərçəkmiş qadınlarla heç bir əlaqə saxlamamalı, yaşayış yerini dəyişərsə və ya beynəlxalq səfər planlaşdırarsa, bunu əvvəlcədən polisə bildirməlidir. Məhkəmə işinin növbəti iclası daha sonra keçiriləcək.
Qeyd: Zaminlik şərtləri futbolçunun karyerasını davam etdirməsinə mane olmur. Lakin beynəlxalq səfərlərlə bağlı polisə 24 saat öncədən məlumat verməsi tələb olunur.
© Copyright 2025, All Rights Reserved