Məşhur hollandiyalının oğlu PSV-ə transfer olundu

Niderlandın Erediviziya təmsilçilərindən PSV klub tarixinin əfsanəvi futbolçularından Mark van Bommelin oğlu Ruben van Bommeli heyətinə cəlb edib.
90plus.az xəbər verir ki, klubun rəsmi saytında verilən açıqlamada bildirilib: “PSV, Ruben van Bommeli transfer edərək heyətini gücləndirdi. 20 yaşlı futbolçu 2030-cu ilin ortalarına qədər son çempion komandada çıxış edəcək.”
PSV-nin sosial media hesabında Mark və Ruben van Bommelin komandanın formasında birgə fotosu paylaşılaraq “Atadan oğula. Bir irs davam edir” qeydi yazılıb.
20 yaşlı hollandiyalı sol cinah oyunçusu ötən mövsüm "AZ Alkmaar"ın heyətində bütün turnirlər üzrə 34 matçda iştirak edib və 10 qola imza atıb.
© Copyright 2025, All Rights Reserved