Müller İtaliya yolçusudur

Uzun illər “Bayern Münhen”də çıxış edən 35 yaşlı ulduz Tomas Müller klubdan ayrılacağını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, İtaliya “Serie A”sının son çempionu “Napoli” təcrübəli hücumçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Mavi-ağlar Alman futbolçunun təcrübəsindən istifadə edərək komandalarının gücünə güc qatmağı planlaşdırır.
"Napoli"nin baş məşqçisi Antonio Konte gələcək mövsümdə UEFA Çempionlar Liqasında güclü performans göstərmək istəyir və xüsusilə Çempionlar Liqası təcrübəsi və liderlik keyfiyyətləri ilə seçilən Mülleri heyətində görmək arzusundadır.
2024/25 mövsümündə “Bayern Münhen” forması ilə 48 oyuna çıxan Müller 8 qol və 8 məhsuldar ötürmə ilə yaşına baxmayaraq, hələ də yüksək səviyyədə oynadığını sübut edib.
Müllerin çoxfunksiyalılığı, oyun görüşü və meydandakı liderliyi onu bir çox komandalar üçün cazibədar hədəfə çevirir.
© Copyright 2025, All Rights Reserved