Murad Məmmədov “Pafos”da
“Neftçi”nin futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.
90plus.az xəbər verir ki, U-21 millimizin yarımmüdafiəçisi “Pafos” klubu ilə razılığa gəlib.
Mövsümün sonunda “Neftçi” ilə müqaviləsi bitəcək futbolçu yeni komandasına yayda azad agent kimi qoşulacaq.
Kipr təmsilçisi hazırda ölkə çempionatında 4-cü pillədədir.
© Copyright 2026, All Rights Reserved