Murad Vəliyev Estoniya klubunda
Azərbaycanın U-21 millisinin keçmiş futbolçusu Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.
90plus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Trans Narva” ilə rəsmi müqavilə imzalayıb.
Klubun yaydığı məlumata görə, tərəflər arasında razılaşma 2027-ci ilin sonuna qədər qüvvədə olacaq. Murad yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Qeyd: Vəliyev ötən mövsümün ikinci yarısında “Şamaxı”nın heyətində çıxış edib.
© Copyright 2026, All Rights Reserved