Musa Qurbanlı: “Mükafatı Allah verir”

Musa Qurbanlı: “Sadəcə işləmək lazımdır, mükafatı Allah verir”.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Ferensvaroş” üzərində qazandığı 3:1 hesablı qələbədə sonuncu qolun müəllifi olan Musa Qurbanlı qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Gənc hücumçu Bakıya dönüşdə hava limanında jurnalistlərin suallarını cavablandırıb:
“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün sevincliyəm. Amma bunun üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas məsələ çalışmaqdır. İndiyə qədər də çox zəhmət çəkmişəm, sadəcə səbr lazım idi.
Qol vurmaq üçün daim çalışıram, bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda mükafatlandırır. Mənim üzərimə düşən yalnız işləməkdir”.
Qeyd: "Qarabağ” – “Ferensvaroş” cavab matçı avqustun 27-də Bakıda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved