Ən gənc çempion o oldu! 16 yaşında
“Arsenal”ın 16 yaşlı yarımmüdafiəçisi Maks Dauman rəsmi olaraq Premyer Liqa tarixinin ən gənc çempionu olub.
90plus.az xəbər verir ki, “Topçular” 37-ci turun “Mançester Siti” – “Bornmut” matçının 1:1 hesabı ilə başa çatmasından sonra çempionluğunu rəsmiləşdirib.
Cəmi 16 yaş 139 günlük olan Dauman Premyer Liqa tarixinin ən gənc çempionu rekordunu qırıb. Bu rekord daha əvvəl “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodenə məxsus idi. O, ilk çempionluğunu 17 yaş 350 günlük olarkən qazanmışdı.
Dauman “Arsenal”ın tarixi mövsümündə iştirak edib. Gənc futbolçu bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb və 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved