Nagelsmanndan Sane haqqında sözlər: "Ona şans verəcəm"
Almaniya millisi yoxlama oyununda qələbə qazanıb.
90plus.az xəbər verir ki, Almaniya yığması İsveçrə ilə keçirilən hazırlıq matçında 4:3 hesabı ilə qalib gəlib.
Oyuna start heyətində başlayan "Qalatasaray"ın ulduz futbolçusu Leroy Sane 63-cü dəqiqədə meydanı tərk edərək yerini Lennart Kal-a verib.
Matçdan sonra Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbolçunun çıxışını dəyərləndirib:
“Leroy Sane zaman-zaman nələr edə biləcəyini göstərdi. Əlbəttə, daha yaxşı oynaya bilər, amma ritm çatışmazlığını da nəzərə almalıyıq. Qana ilə oyunda daha yaxşı çıxış etməsi üçün yenidən şans qazanacaq”.
© Copyright 2026, All Rights Reserved